RU

Bakı türməsində saxlanan Vardanyan üçün ermənilərin saxta göz yaşları davam edir...

Image

Akif Nağı: “Ermənilər müxtəlif səviyyələrdə Vardanyanlarla bağlı manipulyasiyaları davam etdirirlər”

Ermənistan mətbuatı vaxtilə Qarabağdakı separatçılara yaxından dəstək verən, onları bəsləyən, sonra isə qanunsuz olaraq Azərbaycana gəlib artıq tarixdən silinmiş “rejim”in “dövlət naziri” olan və hazırda Bakıda həbsxana həyatı yaşayan quldur Ruben Vardanyanı “günahsız” donunda təqdim etməkdən bezib usanmır. 

Quldurun, separatçının, revanşistin “qəhrəman” kimi qələmə verildiyi erməni mediasından bundan artığını gözləmək də absurddur. Hər gün quldur Vardanyan barədə yeni bir hekayə uydururlar. İndi də özlərindən icad ediblər ki, guya Bakı türməsində Vardanyana işgənclər verilir və sair.

ABŞ-ın Atlantik Şurasında keçirilən müzakirələr zamanı Azərbaycanı təmsil edən Esmira Cəfərovanın Azərbaycanda həbsdə olan separatçı R.Vardanyan haqqında verdiyi gerçək məlumat erməniləri yaman qıcıqlandırıb. Esmira Cəfərovanın “Beynəlxalq Qırmızı Xaç Komitəsi Ruben Vardanyana baş çəkərək, Vardanyanın saxlanma şəraitinin beynəlxalq standartlara cavab verdiyi qənaətinə gəlib” fikri bunları qıcıqlandırıb. 

İddia edirlər ki, guya siyasətə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi məhbusun məzmununun beynəlxalq standartlara uyğun olub-olmamasına qərar vermir. 

Erməni mediası yazır ki,  Rubenin hüquq qrupu bu yaxınlarda BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçisinə təcili müraciət ünvanlayıb. Guya Bakıda Vardanyanın “işgəncələrə məruz qalması”  və saxlanma şəraiti haqqında ətraflı məlumat verilib. Guya burada bir çox beynəlxalq standartlar “pozulub” (?).

Ermənilər heç vaxt gerçəyi, obyektivliyi dilə gətirmək istəmirlər. Bütün dünya bilir ki, R.Vardanyana heç bir işgəncə verilməyib və onun saxlanma şəraiti normaldır. Amma bunlar özlərindən yeni uydurmalar icad edirlər.

“Pul verib müəyyən təşkilatları, müəyyən adamları danışdırır, yalan açıqlamalar, bəyanatlar verdirirlər”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Ermənilər müxtəlif səviyyələrdə Vardanyanlarla bağlı manipulyasiyaları davam etdirirlər. Bilirsiz ki, Vardanyan imkanlı adamdır, burada onun pulları rol oynayır. Ailəsi və adamları onun pulundan müxtəlif istiqamətlər üzrə istifadə edirlər. Pul verib müəyyən təşkilatları, müəyyən adamları danışdırır, yalan açıqlamalar, bəyanatlar verdirirlər. Lemkin adına bir institutut var, o təşkilat da kimlərinsə xidmətindədir və o da Vardanyanla bağlı məsələ qaldırır. Yəni bu prosesləri Vardanyanın və onun ailəsinin pulu hesabına aparırlar. Burada bir sual ortaya çıxır: bu müdafiəçilər niyə digər saxlanılan ermənilərlə, onların saxlanma şəraiti ilə bağlı məsələ qaldırmırlar? Bunlar hamısı Azərbaycana qarşı cinayət törədiblər. O biriləri Vardanyandan da artıq cinayətlər törədiblər. İddia edirlər ki, guya Vardanyana işgəncələr verilir, onun saxlanılma şəraiti ağırdır, amma o birilərindən heç danışmırlar. Yəni burada gerçəklik odur ki, bir yandan yenə də Vardanyanın pul kisəsi işə düşüb, digər tərəfindən də, onlardan birinin ətrafında şou yaratmağa, ona xüsusi rəng verməyə çalışırlar”-deyə bildirdi.

A.Nağı   qeyd etdi ki, ermənilərin dedikləri, yazdıqları tamamilə yalandır. O vurğuladı ki, Azərbaycan tərəfin nümayəndəsi Cəfərova nüfuzlu bir forumda faktlara, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəyinə əsaslanaraq mövqe ortaya qoyubsa, ermənilər bununla hesablaşmalıdır. “Cəfərova öz şəxsi fikrini və Azərbaycan hökumətinin mövqeyini demir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəyini açıqlayıb ki, bu təşkilat baxıb və Vardanyanın saxlanma şəraitinin normal olduğunu qeyd ediblər. 

Həm Ramil Səfərovla, həm Mübariz İbrahimovun nəşinin qartarılması ilə, həm də digər məsələlərlə  bağlı bizim də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə zaman-zaman təmaslarımız olub. Bu təşkilatın Azərbaycan nümayəndəliyi var və biz həmişə onları ittiham edirdik ki, sanki siz azərbaycanlı deyilsiz. Düzdür, onların rəhbəri həmişə xarici nümayəndə olub, amma işçilərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır, azərbaycanlılardır. Onlar da deyirdilər ki, biz o təşkilatın nümayəndələrik, onların da qaydalarına, prinsiplərinə əməl etməliyik. Ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə qarşı da ittihamlar səsləndirir, onların rəyini nəzərə almamırlar, guya komitəyə onun missiyası, statusu ilə bağlı da dərs keçməyə cəhd edirlər. Guya Vardanyanın saxlanma şəraiti ilə bağlı rəy vermək komitənin işinə aid deyil. Yəni bunlar tamamilə başlarını itiriblər, əllərində heç bir fakt, sübut yoxdur, özlərindən yalanlar uydururlar. Siz hardan bilirsiz ki, orda Vardanyana işgəncə verilir? Vardanyana işgəncə verilsəydi ən azından ona ailəsi ilə telefon danışıqlarına icazə verilməzdi. Telefon danışıqlarında Vardanyanın “məni incidirlər” deməsi haqda da bir fakt yoxdur. Ermənilərin xisləti elədir ki, onlar hər zaman yalan danışa bilər. İstənilən adam yalan danışa bilər. Amma beynəlxalq arbitr Qırmızı  Xaç Komitəsi bu sözü deyirsə, hər kəs ona diqqətlə yanaşmalı və inanmalıdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, onlar iki istiqamətdə yorulmadan çalışırlar. Biz də yorulmadan onların yalanlarını ifşa etməliyik. Azərbaycan hökuməti də səbrlə onların yalanlarını bütün müstəvilərdə, bütün mərhələlərdə ifşa etməlidir, yalançının sözü qurtarana qədər bu istiqamətdə iş görməlidir. Necə deyərlər, yalançını mənzilinə qədər qovmaq lazımdır”. 

A.Nağı qeyd etdi ki, ermənilər obyektiv mövqeyi olan təşkilatlara da tənqidi yanaşırlar. Məsələnin digər tərəfinə gəlincə, A.Nağı vurğuladı ki, Vardanyan və o biriləri Qarabağda oturub Azərbaycan dövlətinə meydan oxuyurdular. “O zaman gəldi ki, indi onlar saxlanma şəraitlərindən danışırlar. Görün, bunlar hansı iddia və hikkələrlə ortada idilər, indi hardadırlar, hansı mövqe ilə çıxış edirlər. İndi o iddia ilə çıxış edirlər ki, saxlanma şəraitləri yaxışlaşdırılsın, guya xəstəlikləri nəzərə alınıb azadlığa buraxılsınlar. Bu onlara dərs olmalıdır ki, siz reallıqdan uzaq çıxışlar edirdiz indi görün hara gəlib düşmüsüz. Hələ də başa düşməsəniz ki, sizin bu dedikləriniz, hərəkətləriniz cəfəngiyatdır, onda daha ağır vəziyyətə düşəcəksiniz. Oturub fikirləşməlidirlər ki, nə uğrunda “mübarizə” aparırdılar, indi hansı tələblər qoyurlar. Bunu düşünməlidirlər ki, Azərbaycan hökuməti ilə bu şəkildə, yalan, böhtan dilində danışmaqla Vardanyanı xilas etmək olmaz. Vardanyan hadisəsi bu cəhətdən həm də ermənilər üçün dərs götürməli bir məsələ olmalıdır. Bu Vardanyanla bağlı məsələdə bir gün ya yorulacaqlar, ya pulları qalmayacaq, ya da arqumentləri qurtaracaq, susacaqlar”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA





Избранный
37
baki-xeber.com

1Источники