Polşa mətbuatı Rahil Məmmədovla bağlı maraqlı iddia dərc edib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü “Radomyak”la danışıqları yekunlaşdıraraq 2 illik müqaviləyə imza atıb. 

Düzdür, müdafiəçi ilə maraqlananlar arasında Premyer Liqa təmsilçiləri "Neftçi" və "Sabah" da var idi. Polşa klubunu seçən Rahilin qərarını şərh etməsi üçün Emil Şükürova müraciət etdik. Tanınmış agent Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Rahil Məhmədovun "Qarabağ"dan Polşaya keçiməsini və "Lodz"da oynamasını kariyera baxımından həqiqətən də yaxşı bir seçim olduğunu düşünürəm. Baxmayaraq ki, komanda sonuncu yeri tutaraq Ekstraklasanı tərk etdi. Rahil Məhmədovun mövsüm ərzində özünü göstərməsi, həm "Neftçi"nin, həm "Qarabağ"ın, həm də milli komandanın heyətinə cəlb olunması, Polşa çempionatına da uyğunlaşması digər klubların marağının ona yönəlməsinə səbəb oldu. Rahil Məmmədovun Polşada qalmasını alqışlayıram. Artıq elə bir dövrdür ki, idmançı pik yaşına və perioduna çatır. Bundan sonra stabil oynaması komandaya uyğunlaşmasından daha çox asılı olacaq. Polşada uğurlu karyeraya sahib olacağına inanıram".