RU

Rəcəb Tayyib Ərdoğan UEFA-nın Merih Demirala qarşı istintaq başlatmasına reaksiya verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024 Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə -Avstriya matçında ''bozqurd'' işarəsini göstərən Merih Demirala qarşı istintaq başladılmasına reaksiya verib. 
Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
UEFA-nın "bozqurd" işarəsi göstərməsi səbəbindən milli futbolçu Merih Demirala qarşı istintaq başlatmasına reaksiya verən R.T.Ərdoğan deyib:"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?''
R.T.Ərdoğan Türkiyə millisinə dəstək olmaq üçün sabah keçiriləcək Türkiyə - Hollandiya matçını stadionda izləyəcəyini bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
2
trt.net.tr

3Источники