RU

Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Suriya prezidenti B.Əsədlə görüşə biləcəyi ilə bağlı mesajını təkrarlayan Türkiyə Prezidenti ötən həftə Suriya ilə yeni prosesin başlaya biləcəyini dediyini xatırladıb.
R.T.Ərdoğan deyib: "Cənab Vladimir Putin və Bəşər Əsədi dəvət edə bilərk. Əgər cənab Vladimir Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni bir prosesin başlanğıcı ola bilər''.
Suriyadakı qeyri-sabitliyə son qoymasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib:"Suriyada son zamanlar hökm sürən əmin-amanlıq sülhün qapısını aça bilər. Bölgədəki qeyri-sabitliyin başda PKK/PYD/YPG olmaqla terror təşkilatlarına hərəkət etməsinə imkan verməsi problemdir. Terrorun kökünün kəsilməsi Suriyanın gələcəyinin qurulması üçün vacibdir".
Rəcəb Tayyib Ərdoğan Suriyada əsəcək sülh küləklərinin və Suriyanın hər yerində canlanacaq sülh mühitinin müxtəlif ölkələrə səpələnmiş milyonlarla insanın öz ölkələrinə qayıtması üçün də zəruri olduğunu bildirib.
''Qonşumuz Suriyaya hər zaman dostluq əlimizi uzatmışıq və bundan sonra da uzadacağıq”,-deyə Türkiyə Prezidenti vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
trt.net.tr

1Источники