RU

8 yaşlı uşaq balaca bacısını itin hucumdan görün necə XİLAS ETDİ

8 yaşlı uşaq balaca bacısını itin hucumdan görün necə XİLAS ETDİ

ABŞ-də azyaşlı qız itin hücumuna məruz qalıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Miçiqan ştatında 6 yaşlı Lillian və onun 8 yaşlı qardaşı Nikolas Çitvud nənə-babalarının evində oynayırdılar. Bacı-qardaş birlikdə arxa həyətə çıxıblar. Bu vaxt qonşu bağdakı pitbull iti nənə-babanın həyətinə girib.

Qonşunun iti əvvəlcə Lilliana hücum edib. Bacısının qışqırtısına gələn Nikolas onun çətin vəziyyətdə olduğunu görəndə dərhal müdaxilə edib. 8 yaşlı uşaq həmin vaxt itin üzərinə tullanıb. Babası çatana qədər balaca oğlan itlə mübarizə aparıb. Bir çox adamın belə çətinlik çəkəcəyi bu hərəkəti ilə bacısını it dişləməsindən qoruyub.

Üz və boynundan yaralanan və qan içində olan Lillian dərhal xəstəxanaya çatdırılıb. Azyaşlı Miçiqan Universitetinin xəstəxanasında əməliyyat olunub və sol göz qapağı bərpa edilib. Müəyyən edilib ki, Lillianın boynundakı dişləmə arteriyalardan yan ötüb. Hadisənin şokundan çıxan Nikolas "bacımın ölməsini istəmirdim" deyib.

Ölkə mətbuatının əsas mövzusuna çevrilən 8 yaşlı uşaq yaşadıqları şəhərətrafı qəsəbədə qəhrəman elan edilib. Bacısının üzündə deformasiyaların olmaması üçün bir neçə əməliyyata ehtiyacı ola bilər. Buna görə də azyaşlının müalicəsini qarşılamaq üçün başladılan 10 min dollarlıq kampaniya üzrə qısa müddətdə 7 min dollara yaxın ianə toplanıb.

Избранный
82
sonxeber.az

1Источники