RU

UEFA Bellinqemin cəzasını da açıqladı

style='margin-bottom:10px;'>

UEFA İngiltərə millisinin üzvü Cud Bellinqemi cəzalandırıb.

QOL.az xəbər verir ki, Avro-2024-ün 1/8 finalında Slovakiya ilə oyunda qol vurduqdan sonra rəqib komandanın ehtiyat oyunçularına ədəbsiz jest edən hücumçu 1 oyunçuq şərti cəza alıb. Ona bir il vaxt verilib. Əgər futbolçu oxşar hərəkəyə yol verərsə, o zaman cəza tətbiq olunacaq.

Futbolçu həmçinin 30 min avro cərimə edilib.

Maraqlıdır ki, ingilis futbolçunun ədəbsiz jestinə görə şərti cəza verən UEFA Türkiyə millisinin üzvü Merih Demiralı "boz qurd" işarəsi göstərdiyi üçün 2 oyunçuq cəzalandırıb. Türkiyə mətbuatı UEFA-nın Bellinqem haqda qərarla bağlı xəbəri "Gülməli cəza" başlığı ilə tirajlayıb.

Избранный
77
teleqraf.com

1Источники