RU

Ərdoğan Meruh Demiralın cəzalandırılmasına qarşı çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, Prezident jurnalistlərə açıqlamasında bildirib: "Kimsə almanların formalarında qartal var deyirmi? Kimsə də durub fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Orada Merih həyəcanını bu şəkildə ifadə etdi".

Ərdoğan həmçinin deyib: "İndi bütün nəzərlərimiz şənbə günü Türkiyənin 1/4 finalda Niderlandla oyununa yönəlib. İnşallah, meydandan qalibiyyətlə ayrılaraq növbəti mərhələyə çıxaq. Fövqəladə bir durum olmasa, matça getmək qərarımızı vermişik".

 

Избранный
114
3
modern.az

10Источники