RU

“Neftçi”nin Çempionlar Liqasındakı ilk rəqibi - “Sankt-Pölten”

Azərbaycan çempionu olan “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmış “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq. Püşkün nəticəsinə görə, təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.

Избранный
109
7
arena.az

8Источники