Britaniya Leyboristlər Partiyasının lideri Key Starmer Böyük Britaniyanın yeni baş naziri təyin edilib.
Bu barədə "Bukingem" sarayında məlumat verilib.
Kral III Çarlz saraydakı auditoriya zamanı Starmeri Böyük Britaniyanın baş naziri vəzifəsinə dəvət edib və ona nazirlər kabinetini formalaşdırmaq mandatı verib.
Leyboristlərin lideri vəzifəyə gəldikdən sonra xalqa müraciət edəcək.