RU

Azərbaycanda 3 milyon 800 min manatlıq şirkət başqa şirkətə birləşdi

“Caspian Coast Vinery And Vineyards-2” şirkəti “Merit Brand” şirkətinə birləşib.

Valyuta.az xəbər verir ki, “Caspian Coast Vinery And Vineyards-2”nin fəaliyyətinə xitam verilib və şirkət “Merit Brand”a qoşularaq ləğv olunduğunu elan edib. “Merit Brand” şirkəti bu birləşmədən sonra yenidən təşkil ediləcək.

Qeyd edək ki, “Caspian Coast Vinery And Vineyards-2” şirkəti 2022-ci ilin dekabrın 27-də dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 milyon 810 min 550 manatdır. MMC-nin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur. 

“Merit Brand” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin bu birləşmədən sonra nizamnamə kapitalı 3 milyon 810 min 560 manat olub. Şirkətin qanuni təmsilçisi Boris Polosuxin Nikolayeviçdir.
 
Əvəz Həsənov

Избранный
49
5
valyuta.az

6Источники