RU

İranda seçki: seçici fəallığı məyus edir

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda seçici fəallığı çox aşağıdır.

Olaylar xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və videosübutlar yerləşdirilib.

İranın şəhər və kəndlərində seçki məntəqələri, demək olar ki, boş qalır. Bir neçə nəfərdən ibarət növbələrin olması isə seçici fəallığının aşağı olduğunu təsdiqləyir.

Qeyd edək ki, birinci turda seçici fəallığı minimum - 40% civarında olmuşdu.

Xatırladaq ki, seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
48
4
olaylar.az

6Источники