RU

Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib

     Samsung şirkətinin təqdim etməyə hazırlaşdığı yeni məhsulları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə internetdə Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolarda naqilsiz qulaqlıqlar və onların şarj keysi boz gövdə rəngində əks olunublar. Fotolara əsasən qulaqlıqlar Apple AirPods Pro tərzində dizayna sahibdirlər. Onların şarj keysi isə yarı şəffaf gövdəni əldə edib.     Məlumata əsasən şarj keysi USB-C girişinə, şarj səviyyəsini göstərən LED indikatora və bir ədəd idarəetmə düyməsinə sahibdir. Qeyd etmək lazımdır ki, Galaxy Buds 3 Pro-nun özündə ətraf səs-küyü boğma funksiyasını birləşdirəcəyi gözlənilir. Bundan əlavə olaraq qulaqlıqların gövdələri IP57 standartı üzrə sudan qorunma özəlliyini əldə etməli və bir dəfə şarj olunandan sonra 30 saat ərzində çalışmalıdırlar. 

Избранный
142
technote.az

1Источники