RU

UEFA-nın Merih Demiral qərarı qəbuledilməzdir – Cevdet Yılmaz

Bakı,TurkicWorld

UEFA-nın milli futbolçumuz Merih Demiralı iki oyunluq cəzalandırma qərarı qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz X sosial media hesabında paylaşım edib.

“Biz qərarın liberal və ədalətli yanaşma ilə və müdafiə faylını ciddi şəkildə araşdıraraq düzəldilməsini gözləyirik. Futbolun həyəcanı və gözəlliyi siyasi qərarların kölgəsində qalmamalıdır”- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, futbolçu qol vurduqdan sonra barmaqları ilə türkçülük simvolu kimi qəbul edilən “boz qurd” işarəsi tutmuşdu. UEFA bu işarənin irqçilik sayıla biləcəyini söyləyərək məsələni hüquqi zəminə daşımışdır.

Избранный
83
turkic.world

1Источники