RU

AÇ-2024-də təsadüfən seks-dükan reklamı edildi - Qalmaqal

AÇ-2024-də əvvəlcə avtomobil markasının reklamı kimi nəzərdə tutulmuş, seks-dükanın planlaşdırılmamış reklamı səbəbindən qalmaqal yaranıb.

Arena.az məlumat verir ki, Çinin avtomobil istehsalçısı BYD şirkəti AÇ-2024-də öz elektromobillərinin reklamını təqdim etmək qərarına gəlib.

BYD rəhbərliyi Avropa çempionatında çoxlu reklam yerləri alıb – onların reklamı hər oyunda göstərilir. Ancaq belə bir gözlənilməz həngamə baş verib:

BYD-nin Almaniyaya məxsus “.de” domen bölgəsindəki veb-saytı “auto” prefiksi ilə yazılır (byd-auto), bu barədə isə Avropa çempinatındakı reklamda heç bir məlumat verilməyib.

Ancaq həm də byd.de adlı bir sayt var ki, bu, seks-dükandır. Seks-dükan “Buy your dildo” (öz dildonu (falloimitator) al) şüarı altında falloimitatorların satışı ilə məşğuldur.

Məhz bu anlaşılmazlıq səbəbindən Çinin avtomobil markasının reklamı üzərindən müvafiq elektomobillərlə maraqlanmaq istəyən azarkeşlər məlumatsızlıqdan, kütləvi surətdə byd.de saytına üz tutblar.

Vəziyyət o qədər yöndəmsiz hal alıb ki, seks-dükanın administratorları domen zonasını səhv salaraq sayta daxil olmuş ziyarətçiləri “tıxac”lamağa, həmçinin byd-auto.de saytına yönləndirməyə məcbur olublar.

Biabırçılıq mənzərəsində, sosial şəbəkələrdə bu hadisə əyləncəli zarafat kimi memə çevrilirb. Mətbuat isə bu reklamda UEFA və BYD-nin maliyyə itkiləri mənzərəsində seks-dükanın reklamının kəllə-çarxa çıxdığını, qazancının artdığını təxmin edir.

BYD-nin qalmaqala yol açan həmin reklam çarxının videosu:

Избранный
191
arena.az

1Источники