RU

Anelka Portuqaliya - Fransa matçında şansları dəyərləndirib

“Yuventus”un sabiq hücumçusu Nikolas Anelka 2024-cü il Avropa çempionatının 1/4 finalında Fransa və Portuqaliya milliləri arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Marca" qəzeti 45 yaşlı keçmiş futbolçunun dediklərini belə çatdırıb:

 “İki möhtəşəm komanda arasında bərabərhüquqlu oyun olacaq. Fransanın qalib gəlmək şansı daha yüksəkdir, çünki onlar əla müdafiəyə malikdirlər. Düşünürəm ki, onlar hücumda oyunlarını yaxşılaşdıracaqlar. Komanda daha yaxşı oynamağa qadirdir. Ən yaxşı futbol olmasa belə, heç kim onlara qalib gələ bilməz. Bu, onların komandasının nə qədər güclü olduğunu sübut edir”

Portuqaliya - Fransa matçı bu gün keçiriləcək, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
90deqiqe.az

1Источники