RU

Konqresmen: “İrəvan Putinin təsirindən uzaqlaşmağa çalışır”

“Nümayəndə heyətimizdə respublikaçılar və demokratlar var və biz hamımız erməni xalqını dəstəkləməyə gələndə həmrəyik”. 

“Cebhe.info” xəbər verir ki, bunu iyulun 5-də İrəvanda Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla birgə mətbuat konfransında Cənubi Karolinadan seçilmiş konqresmen, Helsinki Komissiyasının sədri Co Vilson deyib.

“Ermənistan bizim üçün regionda mühüm tərəfdaşdır. Biz regional mənzərənin dəyişməsini, Cənubi Qafqazdakı çağırışları, Putinin təsirindən uzaqlaşmağa, Qərbə yaxınlaşmağa çalışan Ermənistanın son addımlarını gördük.

Bu, Rusiyanın SSRİ-ni bərpa etmək istəklərinə qarşı çıxmaq baxımından Ermənistanın müstəqil xarici siyasət yürütmək istəyidir. Müdafiə sektorunda təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə Ermənistanın xarici təzyiqlərə qarşı dayanıqlı olmasını təmin edə bilərik. Bu, qarşılıqlı faydalıdır. Bu, həm region, həm də qlobal təhlükəsizlik üçün faydalı olacaq”,-deyə o bildirib.

Konqresmen Türkiyənin NATO üzvü olmasını xatırladıb: 

“Azərbaycan öz neft və qaz ehtiyatlarından bəhrələnir. Biz buradayıq, Ermənistan ABŞ-ın mühüm tərəfdaşıdır”.

Co Vilson sülh prosesinin nəticələrini tez bir zamanda yekunlaşdırmağa çağırıb: “Biz həmçinin Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa çağırmaq istəyirik”.

Избранный
100
cebheinfo.az

1Источники