Çinin “Guangzhou Automobile Group” şirkəti ilə Türkiyənin TOGG avtomobil markası arasında müzakirələr başlayıb.
"İki sahil” “Haber Global” a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katib müavini Zafer Sarıkaya məlumat yayıb.
Qeyd olunub ki, Çin TOGG-la birlikdə ortaq istehsal nümunəsi hazırlanması məsələsində maraqlıdır.
Detallar hələ ki, məlum deyil.