RU

Bu ölkə Türkiyəni vurmaq üçün 20 ədəd F-16 göndərdi

Ədalətsiz sanksiyalara görə Türkiyəyə verilməyən F-35-lərin istehsalçısı “Lockheed Martin” şirkəti diqqətçəkən bir addım atıb.

Publika.az xəbər verir ki, Amerika şirkəti və Yunan Aviasiya Sənayesi (EAB) Yunanıstan Hərbi Hava Qüvvələrinə təkmilləşdirilmiş 20 ədəd F-16 təyyarəsini təhvil verib.

İddia olunur ki, bu təhvil Yunanıstanın Hərbi Hava Qüvvələrini Avropanın ən qabaqcıl F-16 donanması ilə təchiz etməklə müdafiə qabiliyyətini daha da gücləndirir.

“Lockheed Martin” Yunan Aviasiya Sənayesi (EAB) ilə əməkdaşlıq edərək “84 F-16” döyüş təyyarəsini Viper konfiqurasiyasına təkmilləşdirir. Həmçinin proqramı 2027-ci ilə qədər tamamlamağı hədəfləyir.

Şirkət bu uzunmüddətli tərəfdaşlıq vasitəsilə Yunanıstan müdafiə sənayesi və Yunanıstan Hərbi Hava Qüvvələrinə 1 milyard dollardan çox iqtisadi fayda verib.

Избранный
76
1
publika.az

10Источники