RU

“Fransa tərəfindən reallıqlara uyğun olmayan açıqlamalar eşitməyə başladıq “- Anar Əliyev

"Fransa tərəfindən absurd, reallıqlara qətiyyən uyğun olmayan, beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən açıqlamalar eşitməyə başladıq. "

Politoloq Anar Əliyev bunu news365.az-a dəyib.

"Azərbaycanın son dövrlər sərgilədiyi qətiyyətli mövqe, xüsusilə də müstəqil xarici siyasət və Cənubi Qafqazda uzun onilliklər ərzində bu bölgəni nəzarət altına almaq istiqamətində beynəlxalq səviyyədə gedən mübarizədə Fransanın destruktiv rolunun ifşa edilməsi istiqamətində Bakının atdığı addımlar Paris tərəfindən kəskin qarşılanıb. Xüsusilə Makron hakimiyyəti dövründə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirə biləcək çox yanlış addımlara yol verilib. Azərbaycanın ərazi bütövlüyünü təmin edib dövlət suverenliyini təmin elədikdən sonra Fransanın Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və bölgəyə təsir imkanlarını formalaşdırmaq istiqamətində fəaliyyətinə çox ciddi zərbələr vurulmuş oldu. Çünki digər rəqibləri ilə müqayisədə Fransanın əsas istinad nöqtəsi məhz Ermənistandır: “Fransa Ermənistana işğal nəticəsində əldə etdiyi nəticələri vəd etməklə Ermənistan üzərindən özünün imperiya maraqlarını qoruyub saxlamağa çalışırdı. Amma Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 23 saatlıq anti-terrror tədbirləri ilə Fransanın və bir sıra Qərb paytaxtlarının verdiyi vədlər puça çıxdı. Bununla da həmin dövlətlərin, xüsusilə də Fransanın bölgədəki öz maraqlarını təmin etmə rıçaqları zəifləmiş oldu. Təbii ki, Fransa kimi imperiya təcrübəsi olan və bu gün də müstəmləkəçilik siyasətini həyata keçirməyə çalışan dövlət Azərbaycanın bu davranışlarını, müstəqil iradə nümayiş etdirməsini bağışlamayacaqdı. Bu, gözlənilən idi. Bunun nəticəsidir ki, son illər biz Fransa tərəfindən absurd, reallıqlara qətiyyən uyğun olmayan, beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən açıqlamalar eşitməyə başladıq. Təsadüfi deyil ki, son dövrlər də Azərbaycana qarşı qarayaxma kampaniyaları ard-arda xarakter daşımaqdadır. Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi təhlükələrinin olduğuna işarə edilməsi Azərbaycanın aqressor ölkə olması fikrini yaratmağa hesablanıb. Bununla guya Ermənistanın qorunmağa məcbur olan tərəf olduğu rəyini dünyada formalaşdırmaq məqsədi güdülür”.-deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
news365.az

1Источники