RU

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

Ölkədə rəqəmsal hökumət quruculuğu və kağızsız fəaliyyətə keçid istiqamətində ciddi bir addım atılıb.


Adətən hər il bu vaxtlar biz ali təhsil müəssisələrinə qəbul olunanlardan xeyli sayda kağız formada sənədlərin tələb olunması haqqında tənqidi status yazırdıq.
İndiyədək vəziyyət beləydi ki, baxmayaraq Elm və Təhsil Nazirliyi son 3-4 ildə sənəd qəbulunu rəqəmsal formada, portal.edu.az üzərindən aparırdı, paralel olaraq da bütün ali təhsil müəssisələri qəbul olunanlardan eyni sənədləri kağız formada tələb edirdi. Yaxud da paralel olaraq ali təhsil müəssisəsində də elektron formada qeydiyyat tələb olunurdu.


İndi isə bu paralelçiliyin aradan qaldlırılması üçün, qeydiyyatda tam rəqəmsala keçidlə bağlı Azərbaycan Texniki Universiteti təşəbbüslə çıxış edib.
AzTU rəhbərliyi ilə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ETN-in Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında qeydiyyatla bağlı bir neçə dəfə görüşlər, işgüzar müzakirlələr keçirilib.


Bu müzakirələrin gedişində qedyiyyat proseslərinin elm və təhsil nazirinin əmri ilə 2021-ci ildən başlayaraq tam olaraq mərkəzləşmiş qaydada, ETN-nin portal.edu.az platforması üzərindən aparıldığı, bu informasiya sisteminin isə Digital Bridge üzərindən digər aidiyyatı qurumlara inteqrasiyalarının tam işlək olduğu diqqətə çatdırılıb.
Son bir neçə ildə ETN-də rəqəmsal transformasiya sahəsində ciddi uğurlar əldə edilib.


Bu görüşlərin və müzakirələrin yekunu olaraq, qeydiyyatın rəqəmsal formada aparıldığı ETN-lə AzTU-nun inteqrasiyasının və müsbət iş təcrübəsinin olduğunu nəzərə alaraq AzTU rektoru Vilayət Vəliyev bu il bütün təhsil pillələri üzrə AzTU-ya qəbul olunanlardan kağız formada sənədlərin tələb olunmasının dayandırılması haqqında əmr imzalayıb.


Düşünürəm ki, bu təcrübəni davam etdirərək, cari ildə digər ali təhsil müəssisələrinə qəbul olanlardan da kağız sənədlərin tələb edilməməsi üçün ETN və RİNN, həmçinin universitetlər tərəfindən müvafiq addımlar atmalıdır.
Bu xidmət on minlərlə vətəndaşımızın hər il istifadə etdiyi kütləvi xarakterli bir dövlət xidmətidir.


Atılan addım həm tonlarla kağızdan imtina, həm rahatlıq, şəffaflıq və əlavə xərclərdən azad olmaq baxımından, həm də ölkədə rəqəmsal hökumət quruculuğunun və rəqəmsal transformasiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.


Yeri gəlmişkən, kağızdan imtinanın və paralelçiliyin tez bir zamanda başa çatması üçün İRİA və ETN TSİİ -nin sahə üzrə peşəkar komandasının, xüsusilə Rəşad Xalıqov və Vüsal Xanlarovun, AzTU rektoru Vilayət Vəliyevin səyləri çox təqdirəlayiqdir.


Osman GündüzP.S. ETN gələn ildən qanunvericilikdə nəzərdə tutulduğu qaydada bütün təhsil sənədlərinin, o cümlədən attestat və diplomların rəqəmsal formaya keçirilməsini nəzərdə tutub.

Избранный
132
1
xeberler.az

2Источники