RU

Borrell: "Macarıstan lideri Moskvada öz ölkəsini təmsil edəcək"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya mümkün səfərinə reaksiya verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Borrel bu səfərdə Macarıstan liderinin Aİ-ni deyil, öz ölkəsini təmsil edəcəyi mesajını verib.

Səfərin yalnız Macarıstan və Rusiya arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutduğunu vurğulayan Borrell, Aİ-nin müddətli sədrliyinin üzv dövlətə Aİ adından xaricdə təmsil etmək səlahiyyəti vermədiyini vurğulayıb.

Borrell həmçinin xatırladıb ki, Putin Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən ukraynalı uşaqların Rusiyaya zorla deportasiyasındakı roluna görə ittiham edilib və onun barəsində həbs qərarı çıxarılıb.
 
Qeyd edək ki, dünən mətbuatda Viktor Orbanın Moskvaya gedəcəyi və Putinlə görüşəcəyi xəbəri yayılmışdı.

Gülay

Избранный
75
azxeber.com

1Источники