RU

Viktor Orban Putinlə görüşmək üçün Moskvaya gəldi

Avropa İttifaqı Şurasına rəhbərlik edən Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi məlumat verib.

"Sülhməramlı missiyası çərçivəsində baş nazir Viktor Orban Moskvaya gəlib. Hökumət başçısı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək", deyə hökumət başçısının mətbuat katibi Bertalan Havasi bildirib.

Viktor Orban sonuncu dəfə 2022-ci ilin sentyabrında Moskvaya uçub. Həmin vaxt o, SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçovun dəfnində iştirak edən yeganə Avropa lideri idi. Bundan əvvəl Orban 2022-ci il fevralın 1-də Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvada olub.

Dünən, iyulun 4-də Britaniyanın "Financial Times” qəzetinin mənbələri Macarıstanın baş nazirinin Moskvaya mümkün səfəri barədə məlumat yayıb. Nəşr qeyd edib ki, Orban münaqişənin hər iki tərəfini dinləmək istəyir.

Aydın
Избранный
67
qaynarinfo.az

1Источники