RU

Mbappe Ronaldo ilə müqayisə olunmaq istəmir: "O, əfsanə olaraq qalır"

Fransa millisinin hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştiano Ronaldoya daha çox hörmət etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə "RMC Sport"a müsahibəsində danışıb.

25 yaşlı futbolçu Avropa çempionatının 1/4 finalında kumirinə qarşı oynamağın onun üçün böyük şərəf olduğunu bildirib.

"Ona nə qədər heyran olduğumu hamı bilir. Hələ də əlaqə saxlayırıq. O, futbol əfsanəsi olaraq qalır, amma biz yenə də qalib gələcəyimizi gözləyirik", deyə Mbappe bildirib.

Qeyd edək ki, bu gün Mbappenin çıxış etdiyi Fransa millisi Avropa çempionatının 1/4 final mərhələsi çəçivəsində Ronaldonun lideri olduğu Portuqaliya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
qaynarinfo.az

1Источники