RU

Noyer "Bayern"dən sonra harada oynamaq istədiyini açıqladı: "Orada süni meydançalarda oynayırlar"

Almaniya millisinin və "Bayern Münhen"in qapıçısı Manuel Noyer gələcək karyerasından danışıb. 

Fanat.Az xəbər verir ki, "Bayern&Germany" təcrübəli qolkiperin dediklərini belə təqdim edib:

“Heç vaxt "heç vaxt" demə, amma Səudiyyə Ərəbistanına və ya Qətərə getməzdim. Bu barədə danışırıqsa və mütləq seçim etməli olaramsa, MLS variantını deyərdim. Ancaq yenə də hər şeyi diqqətlə düşünmək lazımdır. Çünki orada bir çox futbolçu süni örtüklü meydançada oynayır və bu, qapıçı üçün o qədər də yaxşı deyil”. 

Qeyd edək ki, Noyerin Münhen nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. 38 yaşlı qolkiperin transfer qiyməti 4 milyon avro qiymətləndirilir.

Mirağa

Избранный
58
fanat.az

1Источники