RU

Rişi Sunakın partiyası Britaniyada parlament seçkilərində məğlub oldu - FOTO

 
"Bu gün axşam bütün ölkə boyunca insanlar öz sözünü deyib və onlar dəyişikliklərə hazırdır..."
 
Britaniyanın baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyası Britaniyada parlament seçkilərində məğlub olub, o, öz məğlubiyyətini etiraf edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat verib.
 
Məlumata görə, səhər saat 06:00-ya görə, dairələr üzrə rəsmi hesablamalar göstərir ki, leyboristlər 390 yer əldə edəcək, bu da minimal çoxluq təşkil edən 326 mandatdan çoxdur.
 
Öz dairəsində nəticələr elan olunduqdan sonra Rişi Sunak qısa bəyanatla çıxış edərək Leyboristlər Partiyasının ümumi seçkilərdə qalib gəldiyini elan edib və partiya lideri Keyr Starmerə zəng edərək onu qələbə münasibətilə təbrik edib.
 
"İndi mən bütün bacardığımı sərf etdiyim baş nazir postunu tərk etməzdən öncə Londona gedib bugünkü nəticələrdən danışacağam", - Sunak qeyd edib".
 
"Bu gün hakimiyyət dinc yolla bütün tərəflərin iradəsilə əldən-ələ keçəcək", - o, əlavə edib. - Bu gün Britaniya xalqı öz qərarını verib və mən məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm".
 
Leyboristlərin lideri Keyr Starmer artıq bu gün kralın yanında audiyensiyadan sonra ölkənin növbəti baş naziri olacaq.
 
 
Seçkilərdə öz qələbəsini şərh edərkən, o, bəyan edib ki, ölkə dəyuşikliklərə səs verib və onun partiyası üçün bunları həyata keçirmək zamanı yetişib.
 
"Bu gün axşam bütün ölkə boyu insanlar öz sözünü deyib və onlar dəyişikliklərə hazırdır", - Staymer deyib.
 
"Mən asan olacağını vəd etmirəm, - Keyr deyib. - Lakin hətta çətin olacağı halda belə, - çətin də olacaq, - bütün bunların nəyin naminə edildiyini bu gün və həmişə yadda saxlayın".
 
Qərb ölkələrində seçkilər - xəbərlər
 
Xatırladaq ki, dünyanın diqqəti ABŞ-dakı seçkiöncəki prosesə yönəlib. ABŞ-ın yeni prezidentinə səsvermə 2024-cü ilin noyabrında keçiriləcək.
 
Bu posta əsas namizədlər Amerikanın indiki prezidenti, demokrat lider Co Bayden və onun sələfi, respublikaçı Donald Trampdır.
 
Eyni zamanda, Bayden üçün uğursuz olan bu yaxınlardakı debatlardan sonra Donald Trampın reytinqi kəskin artıb.
 
Baydenin ətrafı və Demokrat Partiyasının donorları onun əvəzlənməsinin mümkünlüyünü nəzərdən keçirir. Ehtimal edilən namizəd kimi vitse-prezident Kəmalə Harris təklif edilir.
Избранный
78
moderator.az

1Источники