RU

Feliks Sançes Ekvador millisindən ayrıldı - Rəsmi

İspaniyalı futbol mütəxəssisi Feliks Sançes Ekvador milli komandasının baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis bu qərarını Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olduqları oyundan sonra bəyan edib. Federasiya rəhbərliyi ispan məşqçinin istefasını qəbul edib.

Xatırladaq ki, Feliks Sançes 2023-cü ilin mart ayından Ekvador millisinə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 19 oyuna çıxarıb. Ekvadorlular bu görüşlərdə 10 qələbəyə seviniblər, 3 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər.

Feliksin Ekvador yığmasıyla müqaviləsi 2026-cı ilin 31 iyuluna qədər idi. Onun qarşısına bu yığmanı DÇ-2026-ya çıxarmaq hədəfi qoyulmuşdu.

Feliks Sançes Ekvadora gedənə qədər 2017-2022-ci illər aralığında Qətər milli komandasına rəhbərlik edib. O, 2022-ci ilin dekabrında yollarını ayırdığı bu komandanı 75 oyuna (37 qələbə, 13 heç-heçə, 25 məğlubiyyət) çıxarıb. Feliks daha öncə Qətərdə U-19, U-20 və U-23 yığmalarına da rəhbərlik edib.

Избранный
113
arena.az

1Источники