RU

Fransada mədəni böhran: Qədim Romadan taxtabitilərədək gedən yol

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Marseldə dünyanın ən məşhur ziyarət yerlərindən olan Avropa və Aralıq dənizi Sivilizasiyaları Muzeyi bağlanıb. Səbəbi isə ölkədə kütləvi yayılan taxtabitilərin muzeyə "ayaq açmasıdır".
Bu barədə Fransanın BFMTV telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, həşəratların sancması muzey işçilərinin həyatını dözülməz hala gətirib.
Ümumilikdə muzeyin ən azı dörd zalı və bir çox ofisi yoluxub, bir sıra ekspozisiyalar bağlanıb.
Qeyd edək ki, artıq bir ildən çoxdur ki, Fransada parazitlərin hücumu dövlət miqyası alır. Ölkədə hər 10 ailədən biri taxtabitilərindən əziyyət çəkir. Bu həşəratların hücumu, hətta Fransa parlamentinə çatıb.
Həmçinin o da məlumdur ki, taxtabitilər Avropanın digər ölkələrini də cənginə alıb, bu səbəbdən qotur xəstəliyi kəskin yayılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
oxu.az

1Источники