RU

NATO-nun yeni Baş katibinə Qarabağın minalanmış əraziləri barədə məlumat verilib

NATO-nun

Bakı, 5 iyul, AZƏRTAC

Niderland Krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz, marka və açıqcaların nəşrini həyata keçirən Səltənət Rəvanqızı NATO-nun Baş katibi Mark Rutteyə üzərində Şuşa qalasının təsviri olan açıqca göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, göndərilən açıqcada Səltənət Rəvanqızı NATO-nun Baş katibini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Müraciətdə, həmçinin Qarabağın minalanmış əraziləri barədə məlumat verilib, minaların insanlara, təbiətə, heyvanlara və su obyektlərinə ziyan vurduğu bildirilib. Eyni zamanda, Ermənistanın hələ də Azərbaycana minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, adıçəkilən diaspor nümayəndəsi tərəfindən Amsterdamda “Azərbaycan İnciləri” layihəsi çərçivəsində çoxsaylı markalar çap edilib. Buraya “Nizami Gəncəvi – 880”, “Heydər Əliyev”, “Xarı Bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", “Cövdət Hacıyev”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov”, eləcə də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş markalar daxildir.

Избранный
26
2
azertag.az

3Источники