RU

“Sumqayıt” Qızılcahamamda ilk məşqinə çıxdı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Arena.az xəbər verir ki, ötən axşam Türkiyəyə yola düşmüş Samir Abasovun komandası bu gün Ankaranın Qızılcahamam bölgəsində ilk məşqə çıxıb.

“Gənclik şəhəri”nin təmsilçisi iyulun 17-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. Komanda Ankaradakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Bu rəqiblərdən ikisinin adı artıq məlumdur. Komanda iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”la üz-üzə gələcək. Ayın 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşma baş tutacaq. Digər rəqibin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Azərbaycan təmsilçisi bu mərhələdə Macarıstan klubu “Fehervar”la üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun iyulun 25-də Azərbaycanda baş tutacaq. Cavab oyunu isə iyulun 31-də səfərdə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
arena.az

1Источники