RU

Santuşu Qəbələdə narazı salan yeganə səbəb

Bu yaxınlarda Qəbəlıədə olan Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş "Qəbələ"nin bazası, stadionu ilə də yaxından tanış olub.

Rekord.az-a daxil olan məlumata görə, portuqaliyalı mütəxəssis ümumilikdə şəraitdən razı qalıb.

O, gələcəkdə milli komandanın burada təlim-məşq toplanışı keçməsinin də mümkünlüyünü qeyd edib. Santuşu narazı salan və narahat edən yeganə səbəb Qəbələnin klimatı olub. Qəbələnin iqlimi yaz-yay aylarında burada futbol oynamağı çətinləşdirdir, məşq, oyun zamanı futbolçuların nəfəs alması çətin olur. Qeyd edək ki, Premyer Liqanın bir çox məşqçisi də isti havalarda hədsiz bürkü səbəbindən Qəbələdə oynamağın çətinliyini bildiriblər. Lakin payız-qış aylarında toplanış keçmək baxımından stadionda bütün şərait var.

Избранный
96
rekord.az

1Источники