RU

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Trend:

Fransada hüquq-mühafizə orqanları son günlər ərzində OlimpiyaOyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinən birneçə nəfəri saxlayıb.

Trend xəbərverir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin"BFMTV" telekanalının efirində deyib.

"Terror təhdidi son dərəcə ciddi olaraq qalır. Son bir neçə günərzində bunu ictimaiyyətə açıqlamadıq, lakin terror hücumlarıplanlaşdıra və həyata keçirə biləcək insanları həbs etmişik", -nazir deyib.

Darmanin saxlanılan şübhəlilərin sayını açıqlamayıb, lakin ikimüxtəlif yerdə müxtəlif şəxslərin saxlanıldığını bildirib.

"Fransanın məhkəmə orqanları onlarla məşğul olur", - nazir qeydedib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqusttarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
2
az.trend.az

2Источники