Metbuat.az bildirir ki, auditi uğurla tamamlayan ATMU “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində sözügedən İSO standartları üzrə fəaliyyətinə davam etməkdədir. Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsi ilk dəfə 2019-cu ildə bu sertifikata layiq görülüb, ötən il isə həmin standart üzrə sertifikat müddətinin uzadılmasına nail olub. Bununla yanaşı, 2023-cü ildə Turizm və qonaqpərvərlik və Sosial menecment fakültələrində digər standart üzrə sertifikatlaşmanı uğurla başa çatdırıb.
ATMU-nun adıçəkilən sertifikatlara layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.