RU

Morata İtaliyaya qayıdır - Danışıqlar başladı

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata İtaliyaya qayıtmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, keçən ay "Yuventus"a mümkün qayıdışı ilə bağlı xəbərlər ortaya çıxan, ancaq razılaşma əldə olunmayan ispaniyalının xidmətində İtaliyanın başqa nəhəngi maraqlıdır. 

Belə ki, A Seriyasının digər klubu "Milan" 31 yaşlı oyunçuya göz dikib. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. 

Mənbənin məlumatına görə, cümə axşamı forvardın agenti ilə “rossoneri”nin nümayəndələri arasında danışıqlar aparılıb. İtaliya tərəfi madridlilərə 2027-ci ilə qədər müddətə müqavilə təklif edib. Alvaro Moratanın "Atletiko" ilə müqaviləsində 12 milyon avroluq sərbəstqalma maddəsi var.

Danışıqların ilk raundunun uğurlu keçdiyi bildirilir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
fanat.az

1Источники