RU

''Barcelona'' Acunun komandasından futbolçu transfer etmək istəyir

Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' ilə bağlı maraqlı transfer xəbəri yayılıb.

Almaniya mətbuatının iddiasına görə ''Barselona'' bu klubun futbolçusu Ceyden Filocini icarəyə götürmək istəyir. Müqavilədəki şərtlər həyata keçəcəyi təqdirdə Kataloniya nəhəngi gələn yay 23 milyon avro ödəyərək Filocini daimi əsasda transfer etməyə hazırdı. Xəbərdə qeyd olunub ki, ''Barsa'' bu istedadlı futbolçunu çoxdan təqib edir. Sağ vinger mövqeyində oynayan 22 yaşlı ingiltərəli futbolçu ötən yay 5,3 milyon avroya ''Hall Siti''yə transfer olunmuşdu. O, geridə qoyduğumuz mövsümdə çempionşipdə 32 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənmişdi. Acun Ilıcalı dünən ''talkSport''a açıqlamasında ''Barselona''nın Filocinə maraq göstərdiyini təsdiqləyib:

''Hall Siti'' fanatlarımıza söz vermişəm ki, əsas futbolçuları satmayacam. Mənim məqsədim pul qazanmaq yox, güclü və böyük klub yaratmaqdı. Ancaq kimsə, öz istəyi ilə ayrılmaq niyyətində olsa, bu artıq fərqli bir durumdu. Bir futbolçunun ayrılması dünyanın sonu deyil. Bir futbolçunun mənimlə müqaviləsi var deyə zorla onu burda saxlamaq, psixoloji durumunu pozmaq istəmirəm. Bəli, ''Barsa''nın Filocinə ciddi marağı var. O, ayrılmaq istədiyini söyləsə, bizim artıq edə biləcəyimiz bir şey olmayacaq''.

ƏLİ
Избранный
91
football-plus.az

1Источники