RU

Millimizin üzvünün yeni klubu MƏLUM OLDU

Futbol üzrə milli komandamızın üzvü Rahil Məmmədovun Polşanın LKS klubundan ayrılması barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, artıq müdafiəçinin yeni klubu da bəllidir.

Polşa mətbuatıının iddiasına görə Məmmədov karyerasını elə bu ölkədə davam etdirəcək. Onun yüksək liqanın digər təmsilçisi “Radomyak”la anlaşdığı bildirilir. Tərəflər artıq bütün şərtlər üzrə razılıq əldə ediblər. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir. 
Xatırladaq ki, LKS-in Eksraklassanı tərk etməsindən sonra Rahil Məmmədov komanda ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
54
bizim.media

1Источники