RU

Ekvador baş məşqçisini istefaya göndərdi

2024-cü ildə Amerika Kubokundan kənarlaşdırılan Ekvador millisi baş məşqçisiz qalıb.

90deqiqe.Az xəbər verir ki,bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiyanın məlumatında deyilir:

“Biz Feliksə və onun köməkçilərinə işlərinə görə təşəkkür etmək istərdik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”

Xatırladaq ki, Ekvador millisi Argentina yığması ilə Amerika Kubokunun 1/4 final matçında uğursuz çıxış edib. Əsas vaxt 1:1 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub - 4:2. Feliks Sançes ötən ilin yazından Ekvadorun sükançısı kimi fəaliyyət göstərirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
90deqiqe.az

1Источники