Belarusla sərhəddə Ukraynanın silahlı təxribatları ehtimalı yüksək olaraq qalır.
Redaktor.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Kuprianyuk deyib.
“Ümumiyyətlə, sərhədyanı ərazilərdə xüsusi təyinatlıların, muzdluların və digər müxtəlif könüllü birləşmələrin cəmləşməsi fonunda ərazimizdə silahlı təxribatların, o cümlədən səs-küylü aksiyaların hazırlanması və həyata keçirilməsi ehtimalı yüksək olaraq qalır. ”, o, Minskdə keçirdiyi brifinqdə bildirib.
Sultan AYXAN