RU

Üçüncü ölkə iddiası: Ərdoğan-Əsəd görüşünün vaxtı bəlli oldu

Prezident Ərdoğan və Suriya prezidenti Əsədin sentyabrda üçüncü ölkədə görüşəcəyi iddia edilib. Mənbələr görüş üçün bütün hazırlıqların görüldüyünü və sammitdən əvvəl hər iki ölkənin tələblərini çatdırdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin üçüncü ölkədə görüşəcəyi iddia edilib. Bildirilib ki, sözügedən sammitin reallaşması istiqamətində ilk addım iyunun 11-də atılıb.

Bildirilib ki, xarici işlər naziri Hakan Fidanın Moskvadakı təmaslarından sonra Rusiya prezidenti Vladimir Putin Suriyanın xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi Dəməşqə göndərib və ondan Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etməyə razı salmasını istəyib.

“Türkiyə” qəzetinə məlumat verən Ankaradakı mənbələr Ərdoğanla Əsəd arasında keçirilməsi planlaşdırılan görüşün 2024-cü ilin sentyabr ayına qədər keçirilməsinin planlaşdırıldığını, sammitin üçüncü ölkədə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Zirvə üçün Rusiya, İraq və Körfəz ölkələrinin ön plana çıxdığı bildirilərkən, Dəməşq rəhbərliyinin hazırlıqlarını qonşusu İraqa uyğun gördüyü qeyd edilib. Görüşün hansı ölkədə keçiriləcəyinə Putinin Türkiyə səfərindən sonra aydınlıq gələcəyi bildirilib.

Görüşdən əvvəl iki ölkə hərbi, siyasi, iqtisadi, terrorizm və qaçqınlarla bağlı məsələləri müəyyən etmək üçün qarşılıqlı komissiyalar yaradacaq. Tərəflər keçmiş tələblərinə yenidən baxacaqlar. Toplantıda ən vacib mövzular: Suriyanın suverenliyi, qaçqınların ölkələrinə qayıtması və PKK/YPG olacaq. Mənbələr Dəməşq rəhbərliyinin xoş niyyət əlaməti olaraq türk əsgərlərinin bir neçə nöqtədən geri çəkilməsini istədiyini bildirib. Türkiyə “PKK/YPG və DEAŞ da daxil olmaqla bütün təhdid ünsürlərinə qarşı birlikdə hərəkət edək” deyib. Onun təkliflə çıxış etdiyi bildirilir. Ankara həmçinin görüşə hazırlıq prosesinin sakit şəkildə aparılmasını, görüşün nümayəndə heyətləri səviyyəsində deyil, lider yönümlü olmasını və heç bir xarici ölkənin iclasa qatılmamasını istəyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
67
24
turkustan.az

10Источники