RU

Bodrumda su qıtlığı yarandı

Türkiyədə turizmin paytaxtı sayılan Bodrum, yay dövründə əhalinin 5 dəfə artması səbəbindən susuzlaşma riski ilə üzləşib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ərazini su ilə təmin edən iki bəndin yazın sonuna kimi quruyacağı xəbərdarlığı edilib.
 
Yeganə çıxış yolunun dəniz suyunun duzsuzlaşdırılması olduğu bildirilib.
 
9 günlük Qurban bayramında Bodrumda bir aylıq suyun istifadə olunduğu məlum olub. Bu hal həm yerli əhalidə, həm də istirahətə gələnlər üçün ciddi narahatlıq yaradıb. 
 
200 min əhalisi olan Bodrumda 9 günlük tətil müddəti ərzində bir milyondan çox insan qonaq olub. Şəhərə isə 250 min avtomobil daxil olub. 
 
Əhalinin dörd dəfə artması ilə, Bodrumu su ilə təmin edən Gəyik anbarındakı səviyyə 44 faizə, Mumcular anbarında ​​isə 15 faizə enib.
 
Bodrum Gümüşlük Ətraf Mühit Dərnəyinin sözçüsü İbrahim Hakkı Zırh bu barədə açıqlamasında bildirib ki, Bodrumdakı su ehtiyacının təmin olunması üçün Milasdakı bəndlərə yağış yağmalıdır ki, onlar dolsun. O, həmçinin əlavə edib ki:
 
\"Bələdiyyə dəniz suyunu təmizləyib Bodruma göndərməyi planlaşdırır. Lakin bunun üçün ciddi maliyyə vəsaiti lazımdır\".
 
Oksana
Избранный
253
50
azxeber.com

10Источники