RU

“ŞƏT-in əhatə etdiyi məsələlərin spektri regionaldan qlobal miqyasa dəyişir” – Rizat Tasım

Yazını böyüt
Yazını kiçilt

“Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi məsələlərin spektri regionaldan qlobal miqyasa dəyişir”.

Hafta.az-ın yazdığına görə, bunu qazaxıstanlı politoloq Rizat Tasım deyib. O bildirib ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin sayı artır. Bunun isə simvolik mənası var.

“Bu gün təşkilata üzvlük Belarusu da əhatə etməklə genişlənir. Ümumiyyətlə, qapılar Şanxay Əməkdaşlıq Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsiplərin həyata keçirilməsinə töhfə vermək istəyən hər bir ölkə üçün açıqdır. Hazırda təşkilatın problemlərinin spektri regionaldan qlobal miqyasa dəyişir. Bu, təşkilatın töhfəsinin artdığını və qəbul edilən qərarların gələcəkdə qlobal gündəmə təsir göstərə biləcəyini göstərir. Ən əsası odur ki, qurumun 2035-ci il üçün yeni proqramı qəbul olunacaq. Ekoloji, iqtisadi və enerji sahələri də var və onlara əsas diqqət yetiriləcək”, - ekspert bildirib.

O, həmçinin qeyd edib ki, ŞƏT çərçivəsində Mərkəzi Asiyaya da önəm veriləcək. Çünki bu təşkilatın dayağı Mərkəzi Asiyadır. Astana Bəyannaməsində Mərkəzi Asiyanın Təşkilatdakı roluna dair müddəalar da yer alacaq.

Bundan əlavə, politoloq gələcəkdə digər dövlətlərin də təşkilata qoşula biləcəyi ilə bağlı fikirlərini bildirib.

“Sizi təşkilata üzv olmağa məcbur etmək mümkün deyil. Əsas odur ki, Şanxay Əməkdaşlıq Təşkilatının məqsəd və vəzifələrini yerinə yetirək və təşəbbüs göstərək, onda heç bir maneə olmayacaq. Bu gün Belarusdan başqa daha 5 ölkə təşkilatın tamhüquqlu üzvü olmaqda maraqlıdır ki, onların arasında Laos, Banqladeş və Qətər də var. Üzvlük bu dövlətlərin əsl niyyətindən asılıdır. Məsələn, Belarus təşkilat yaranandan çox fəaldır və son 3 ildə bütün öhdəliklərini yerinə yetirib. Öz daxili qanunvericiliyini Şanxay Əməkdaşlıq Təşkilatının öhdəliklərinə uyğunlaşdırır. Əgər digər ölkələr də analoji fəallıq nümayiş etdirirsə, deməli, təşkilata qoşulmağa heç bir maneə yoxdur”, – R.Taşım fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
hafta.az

1Источники