RU

İranda seçki: İkinci tur başladı

Bu gün İranda 14-cü prezident seçkilərinin ikinci turu başlayıb.

“Cebhe.info” xəbər verir ki, səsvermə yerli vaxtla səhət saat 08:00-da başlayıb.

Səsvermə saat 18:00-da yekunlaşacaq. Lakin İranın daxili işlər naziri Əhməd Vəhidi səsvermənin müddətinin uzadıla biləcəyini də açıqlayıb.

Seçkinin ikinci turunda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq. Xatırladaq ki, birinci turda Pezeşkian 10,415,991, Cəlili isə 9,473,298 səs toplamışdı.

Избранный
68
cebheinfo.az

1Источники