RU

Hüseynbala Mirələmov: "Deputatlığa namizəd olmayacağam, yaradıcılıqla məşğulam..."

Sabiq deputat Hüseynbala Mirələmov qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara cavab verib.

 

H.Mirələmov Pravda.az-a açıqlamasında deyib ki, seçkilərə qatılmayacaq.

 

"Mən istirahət edirəm və bədii yaradıcılıqla məşğul oluram. Ötən il bir roman bitirib, çap etdirmişəm. Bu il də bir roman bitirmişəm. Neçə illər həsrət idim ki, vaxtım olsun, bədii yaradıcılığımı davam etdirim. Heç namizədliyimi irəli sürməyimlə bağlı təklif gələcəyini gözləmirəm də. Yaxşı olar, seçkilərə nisbətən gənclər getsinlər".

 

Xatırlatma: Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2024, 10:00   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
4
pravda.az

5Источники