RU

Zelenskinin sualı rezonans yaratdı: Ukrayna təslim olur?

ABŞ-ın yeni iqtidarının yanaşması, mövqeyi, Ukrayna böhranına baxışı Zelenskini narahat etməyə bilməz. O, belə bir diplomatik variantla Trampın Ukrayna məsələsinə yanaşmasını öyrənmək, duruşunu açıq şəkildə bilmək istəyib.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

O bildirib ki, Zelenski bu açıqlaması ilə həm də ictimai rəy formalaşdırmağa çalışır:

“Zelenskinin açıqlaması Ukraynanın məğlubiyyətini qəbul etdiyi anlamına gəlmir. Əksinə, Ukrayna prezidenti həm də siyasi gediş edir. Zelenski bu gedişi ilə həm Ukrayna daxilində, həm də ABŞ-da Kiyevin lehinə münasibət formalaşdırmaq istəyir. Belə desək, ən güclü müttəfiqinin kimin yanında olduğunu dəqiqləşdirməyə çalışır. Çünki Trampın davranışları, çıxışı onun rusiyayönümlü olduğu ilə bağlı fikir formalaşdırır”.

Qeyd edək ki, Vladimir Zelenski “Blumberq”ə müsahibəsində dediyi “Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirə biləriksə, buna hazır olmaq, bilmək istəyirik” sözləri müzakirələrə səbəb olub.

Избранный
114
2
axar.az

3Источники