RU

Digər ölkələrABŞ-nin Müstəqillik Günü böyük coşqu və sevinclə qeyd olunub

Amerika Birləşmiş Ştatlarının əsas milli bayramı hesab olan 4 iyul Müstəqillik Günü ölkədə böyük coşqu və sevinclə qeyd olunub.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, ənənəvi olaraq Nyu-Yorkda təşkil olunan 4 iyul atəşfəşanlığı on ildən sonra ilk dəfə Hudson çayı üzərində həyata keçirilib.

Milyonlarla insan atəşfəşanlıq şousunu Nyu-York meriyasının müəyyən etdiyi parklardan və sahil kənarlarından canlı izləyə biliblər. Bununla yanaşı, şəhərin meydan və küçələrinə atəşfəşanlıq şousunun canlı yayımlandığı xüsusi monitorlar qoyulub. Şəhərin bir çox küçələrində nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu il ABŞ xalqı müstəqilliyinin 248-ci illini qeyd edir. Belə ki, 1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə "Dörd iyul" adlandırırlar.

Избранный
101
far.az

1Источники