RU

Putin: Düşmənin atəşkəsdən istifadə etməsinə imkan vermək olmaz

Rusiya lideri Vladimir Putin deyib ki, düşmənə atəşkəsdən istifadə etməyə və mövqelərini yaxşılaşdırmağa imkan vermək olmaz.

“Biz imkan verə bilmərik ki, düşmən öz mövqeyini yaxşılaşdırmaq, yenidən silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu tamamlamaq və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün bu atəşkəsdən istifadə etsin”.

Daha əvvəl prezident  bildirib ki, Rusiya Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq vədlərinə kifayət qədər ciddi yanaşır.

Tramp Filadelfiyada tərəfdarlarının mitinqində söz verib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə,  rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Ukrayna münaqişəsini həll edəcək.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Astanada keçirilən görüşdə Ukrayna münaqişəsi də müzakirə olunub.

Mənbə Rusca

Избранный
112
dogru.az

1Источники