Fransalı müdafiəçi Valentin Rosier “Beşiktaş”ı tərk edib.
İdman.biz xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirəcək.
27 yaşlı futbolçu “Leqanes”lə müqavilə bağlayıb. Rosier “Beşiktaş”da 126 oyunda 6 və 18 ötürmə verib. O, komandanı sərbəst agent kimi tərk edib.
Qeyd edək ki, Valentin 2023/2024 mövsümünün ikinci hissəsini icarə əsasında “Nitsa”da keçirib və cəmi 3 oyunda meydana çıxıb.
İdman.biz