Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər futbol mövsümünün püşkü atılıb, təqvimi müəyyənləşib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
Yeni mövsümün açılışı avqustun 18-də baş tutacaq. Qarşıdakı mövsümə 2025-ci ilin may ayının 25-də yekun vurulacaq.
Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi “İnter” olub.
İtaliya, A Seriyası
1-ci tur
Bolonya – Udineze
Kalyari – Roma
Empoli – Montsa
Cenoa – İnter
Verona – Napoli
Yuventus – Komo
Latsio – Venesiya
Leççe – Atalanta
Milan – Torino
Parma – Fiorentina