RU

Ərdoğan Lukaşenko ilə Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə edib

Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat.

Məlumata görə, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.

Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti Türkiyə dövlət başçısı ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatları verilməyib.

Bizim.Media

Избранный
168
42
bizim.media

10Источники