RU

Bakı dünya gücləri ilə bir masada: Moskvanı narahat edən görüşdə hansı qərar veriləcək?

9-11 iyul tarixlərində Vaşinqtonda NATO-nun xarici işlər nazirləri səviyyəsində sammiti baş tutacaq. Sammitə Azərbaycan və Ermənistan da dəvət edilib.

Bəzi ekspertlər bu sammiti Qərb bloku üçün strateji qərarların veriləcəyi mühüm toplantı kimi xarakterizə edir.

Qərb bloku hansı yeni qərarlar alacaq? Bu toplantıdan sonra dünyanın siyasi və hərbi xəritəsində nə kimi dəyişiklik baş verəcək?

Globalinfo.az – a danışan politoloq Turab Rzayev deyib ki, ABŞ-da baş tutacaq sammitinin əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq:

“Mümkündür ki, ABŞ Ukraynaya yeni yardım ayırıb. Sammitdə bu açıqlanacaq. Vaşinqton bununla bir daha Ukraynanın yanında olduğu mesajını verib kollektiv Qərbdən də bənzər dəstəyi tələb edəcək.

ABŞseçki öncəsində xüsusi ilə belə bir addım atır.Co Bayden bununla seçkilərdə əlini gücləndirmək, dəstəkçilərinin sayını artırmaq istəyir. O, həmçinin Ukraynanın yanında olduğunu, sülh üçün savaşdıqları mesajını verəcək. “Sammitdə Qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi ortaq münaqişələr, müharibələr kimi məsələlər müzakirə ediləcək.O cümlədən, Çinlə bağlı məsələ də masada olacaq.Rəsmi Pekin hazırda ABŞ üçün real təhdidir”.


Turab Rzayev

Ekspert deyib ki, Azərbaycan ənənəvi olaraq NATO sammitlərinə qatılır:

“Mümkündür ki, bu dəfəki sammitə də qatılacaq. Rəsmi Bakı NATO üzvü olmasa da,alyansın bir çox proqramlarında iştirak edir. Bu mənada sammitdə iştirakımızda qeyri-adi nəsə oxudur”.

Избранный
24
turkustan.az

1Источники