RU

Prezident İlham Əliyev iyulun 12-də Pakistana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev iyulun 12-də Pakistana iki günlük səfərə gələcək.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə “The News International” qəzeti məlumat yayıb.

Səfər çərçivəsində İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və ordunun baş qərargah rəisi Asim Munirlə görüşəcək. Xarici işlər nazirləri Ceyhun Bayramov və İshaq Dar arasında ikitərəfli əməkdaşlıq məsələləri üzrə danışıqlar planlaşdırılır.

Избранный
60
4
azpost.info

9Источники